Biznes plan

Atalar demişkən: "Bir işi görməzdən əvvəl fikirləş, bu işə başlayım ya yox! Yəni, yüz ölçüb, bir biçmək, müasir dildə desək, biznes plan tərtib etmək, ancaq cəld olmaq lazımdır”

Biznes planların təqdimat sahələri, məqsədi, istiqamətləri, minimal tələbləri, standartları və şərtləri

Təqdim edilir: Sahibkarlığın İnkişaf Fondu

Məqsəd: Proritet olan istehsal və emal sahələrini dəstəkləmək. Maksimum məbləğ: 10 000 000 manata qədər və müddəti, kredit məbləği və göstəricilərdən asılı olaraq 3-10 il ola bilər.

Kim müraciət edə bilər: Regionlar və iqtisadi fəaliyyət sahələri üzrə dövlət və fond tərəfindən müəyyən edilmiş meyarlara uyğun gələn prioritet istehsal və emal xarakterli layihələr və ya işini genişləndirən mövcud sahibkarlıq subyektləri. Ticarət, iaşə və xidmət sahələri kreditləşdirilmir. Kreditdən istifadə faizi ildə 5% olur. Güzəşt müddəti layihə müddətinin ½ olur, ancaq göstəricilərə görə azalaraq dəyişə bilər.

Təqdim edilir: İnvestisiyaların təşviqi zamanı Kredit verilmir

Məqsəd: Ancaq,İdxal edilən avadanlıq və texnikalar üçün Kömrük rüsumu və ƏDV (kömrükdə), əmlak və torpaq vergisi üzrə 7 illik güzəşt hüququ əldə etmək olur. Layihəsi, məhsulu prioritet olan mövcud şirkətlər və əsasən də yeni müəssisələr müraciət edə bilər.

Kim müraciət edə bilər: Regionlar və iqtisadi fəaliyyət sahələri üzrə dövlət və fond tərəfindən müəyyən edilmiş meyarlara uyğun gələn prioritet layihələr və ya işini genişləndirən sahibkarlıq subyektləri. Layihəsi (məhsulu) yeni olan mövcud şirkətlər və əsasən də yeni müəssisələr müraciət edə bilər.

Təqdim edilir: İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu

Məqsəd: Proritet olan İTK xidməti sahələrini dəstəkləmək. Dövlətin müəyyən etdiyi meyarlara uyğun gələn sahələr üzrə yeni İKT məhsullu və xidməti üzrə fəaliyyət göstərən şirkətlər müraciət edə bilər.

Kreditdən istifadə faizi: Güzəştli kredit,5%/il. Güzəşt müddəti layihə müddətinin ½ olur, ancaq göstəricilərə görə azalaraq dəyişə bilər.

Təqdim edilir: İpoteka Krediti və Dövlət Zəmanət Fondu

Məqsəd: Proritet olan istehsal, ticarət, xidmət və emal sahələrini dəstəkləmək Maksimum məbləğ və layihənin ili: maksimum 5 000 000 manata qədər və müddəti 1-5 il olur. Kreditdən istifadə faizi 6-9 % arasında dəyişə və əsas vəsait alınanda subsidiya güzəşti ola bilər. Dövriyyə vəsaitləri alınarsa, güzəşt olmur.

Müraciət edir: Bank və fond tərəfindən mövcud fəaliyyəti araşdırılmış sahibkarlıq subyekti

Biznes planın tərtibat standartı: Hər bir fondun özünə məxsus xüsusiyyəti və tərtibatı üzrə minimal tələbi var. Minimal tələb standartında tərtib edilməyən biznes planları banklar və fondlar icra üçün qəbul etmir.

Tələbat və şərtlər

Hər bir biznes plana VÖEN, Biznes aparılan və qurulan yer, torpağın təyinatına baxılır, özəl və icarədə olan torpağın reyestirdən çıxarışı, mülkiyyət şəhadətnaməsi, və dövlət aktı, , müqavilələr, bank köçürməsi ilə alınacaq mal, avadanlıqlar, əmlakın alınması müqaviləsi və ya satılması üçün təşəbbüs məktubları və sairə əlavə edilməlidir.

Biznes planlar tikili, qaytanlanmış və möhürlənmiş olmalıdır.

Biznes plan haqqında daha çox

Biznes-plan nədir, O necə tərtib olunur? Biznes plan nə zaman lazım olur? Bu sualların cavabı aşağıdakı bölmələrdə!

Biznes plan nə zaman lazım olur?

Biznes plan hər bir sahibkara bu 9 müxtəlif və kompleks hallarda imdatına çatır...

Daha ətraflı

Biznes-plan nədir, O necə tərtib olunur?

Biznes-plan hazırlamaq üçün vaxt tapıb bu suallara cavab vermək və bizim nümunələrə kifayətdir...

Daha ətraflı

HANSI KREDİT FONDLARINA, TƏŞVİQ VƏ SƏNAYE PARKLARINA TƏQDIM ETMƏK ÜÇÜN SME BIZNES PLAN TƏRTIB EDIR VƏ MƏSLƏHƏT VERIR?

Biznes nədir? Terminologiya lüğətlərində «biznes» - «gəlir əldə etməyə yönəldilmiş iqtisadi fəaliyyət» kimi izah edilir, yəni bizneslə məşğul olmaq...

Daha ətraflı