Biznes plan nə zaman lazım olur?
Biznes plan hər bir sahibkara bu 9 müxtəlif və kompleks hallarda imdatına çatır...
Daha ətraflıAtalar demişkən: "Bir işi görməzdən əvvəl fikirləş, bu işə başlayım ya yox! Yəni, yüz ölçüb, bir biçmək, müasir dildə desək, biznes plan tərtib etmək, ancaq cəld olmaq lazımdır”
Sağlamlaşdırma prosesi planlanşdırılan və fəaliyyəti genişləndirilən şirkət kredit cəlb etməsə də, maddi vəsaiti və pulu olub olmamasından asılı olmayaraq müəyyən dövrlərdə biznes plan tərtib etdirməli və bir çox hallarda kredit cəlb etməli olur.
Biznes kreditı götürən sahibkar və ya rəhbərin dövriyyə vəsaitlərinin alınması üçün ayrılmış krediti başqa istiqamətə göndərə bilməz. Kredit məqsədinə müvafiq xərclənməlidir. Belə ki, dövriyyə vəsaitlərinə yox, çox zaman avadanlıq alınmasına və tikinti aparılmasına vəsait cəlb etmək lazımdır. Kredit inkişafa səbəb olmalıdır. Şirkət hər hansı banka müraciət etsə, ən yaxşı halda 14-24 faizdən biznes kredit cəlb edə bilər. Bankların daxili resursları hesabına verilən bu kreditlərin, adətən güzəşt müddəti olmur.Lakin, Sahibkarlığın İnkişafına Dövlət Dəstəyi nəzərdə tutulan kredit Fondların vəsaiti ilə kredit verən banklarda, həm güzəşt vaxtı və həm də aşağı faizli (illik 5-7%%) kreditlər verilir.
SİF ölkənin ən çox maliyyə vəsaitlərinə, kredit resursları və portfelinə malik fonddur. SİF istehsal, emal və müəyyən edilmiş digər sahələrində 3-10 illik həyata malik biznes layihələrə illik 5 faiz ödəmə müəyyən etməklə və 18-60 ay güzəşt müddətli olan kredit verir. Yadda saxlayın ki, SİF-du xidmət və ticarət sahibkarlıq subyektlərinə güzətli kredit vermir. Kredit müvəkkil banklar vasitəsi ilə verilir.
İpoteka və Zəmanət Fondu isə illik ödənilmə haqqı sahibkar tərəfindən 7-9 %% olan 5 milyon manatdan az kredit dəyərinə malik və 5 ilə qədər ömrü olan layihələrə Dövlət Zəmanətli subsidiyalı kreditlər verir. Lakin, bu fond xidmət və ticarət sahibkarlıq subyektlərinə də subsidiyalı güzətli kredit vəsaiti verir. Bu zaman 1-2 illik güzəşt müddəti, ancaq əsas vəsaitlər alanda müəyyən edilir. Dövriyyə vəsaitləri təchizatına və ticarət mallarının alınmasına yönəldilmiş layihələrdə kreditin güzəşt müddəti olmur.
İnvestisiya təşviqi iqtisadiyyatın inkişafına təkan verir. Doğrudur, icra orqanı və parklar kredit vermir, lakin şirkət və sahibkarlar üçün böyük güzəştlər müəyyən edir. Bundan başqa, investisiyası təşviq edilən layihədə olan texniki və texnalogiyalar kömrükdə dövlət rüsumu (azı 15%) və ƏDV (18%) , daxili fəaliyyətdə isə mənfəət, əmlak və torpaq vergisinin ödənilməsindən azad edilərək 7-10 illik güzəşt hüququ əldə edir. Təşviq hüququ yalnız, xarici dövlətlərdən gətirilən yeni texnika və texnalogiyalara şamil edilir.
Diqqət: hər bir ərazi və iqtisadiyyat sahələri üçün dövlət tərəfindən müəyyən edilmiş minimal məbləğin 10 faizi (əvvəlcə bütün sənədlər yoxlanılır sonra isə bu vəsait ödənilir) mütləq bank vasitəsilə ödənilməli və ya audit-qiymətləndirmə arayışı əsasında subut olunmalıdır.Əks təqdirdə layihə investisiyası təşviq edilmək üçün icraya qəbul edilmir.
Güzəştli kredit alınması məqsədilə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər irəli sürülmüşdür.
Minimal tələbə uyğun gəlməyən biznes planlar aşağı qiymətləndirilir və geri qaytarılır. Bununla bərabər, biznes planlar səliqəli, aydın məqsədli və məzmunlu yazılmalı, yerli vergiləri və sosial ayırmaları nəzərə almalı, xərclər və gəlirlər əsaslandırılmalı, həqiqətə yaxın göstəricilər ilə maliyyə və sairə bölmələri işlənməlidir.
Lakin, biznes planı yazmaqla da iş bitmir. Müşahidələr göstərmişdir ki, son zamanlar bütün banklar, investorlar və Fond mütəxəssisləri biznes planda göstərilən avadanlıqların məhsuldarlığı, onların kimdən, hansi qiymətə və nə vaxt alınacağını, bu məsələ haqqında axtarışlar və danışıqlar aparılıb-aparılmadığı haqqında məlumatları tələb edirlər. Belə ki, cox doğru olaraq, bilavasitə sifarişçi adına təkliflər alınıb-alınmadığını bilmək istəyirlər. Çünki, bu şərtlər və tələblər əsasında qiymətləndirilən və yazılan biznes planlar daha keçərli və həqiqətə yaxın olurlar.
Biznes-plan nədir, O necə tərtib olunur? Biznes plan nə zaman lazım olur? Bu sualların cavabı aşağıdakı bölmələrdə!
Biznes plan hər bir sahibkara bu 9 müxtəlif və kompleks hallarda imdatına çatır...
Daha ətraflıBiznes-plan hazırlamaq üçün vaxt tapıb bu suallara cavab vermək və bizim nümunələrə kifayətdir...
Daha ətraflıBiznes plan hər bir sahibkara bu 9 müxtəlif və kompleks hallarda imdatına çatır...
Daha ətraflı