Treninq

"Sən ancaq öyrənməklə ucalarsan." - Əvhədi Marağayi

Treninq

SME uzun illərdir ki, tərtib etdiyi mövcud və tətbiqi səmərə vermiş biznes planları, məsləhəti və təcrübəsi, maliyyə təhlili və layihə göstəricilərinin qiymətləndirilməsi əsasında aşağıdakı kredit fondlarının minimal tələblərinə müvafiq olaraq BİZNES PLAN tərtibi üzrə fərdi , onlayn və koorporativ treninq, təlim və məşğələlər (o cümlədən işdən sonra) təşkil edir:

  • Sahibkarlığın İnkişaf Fondu (SİF)
  • İnvestisiyaların təşviqi üzrə icra ediçi təşkilat
  • İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu
  • Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA)
  • İpoteka Kredit və Zəmanət Fondu

Biznes planın məqsədi, sahəsi və təyinatını iştiraçı özü təyin edə bilər.

  • Sənaye Park və məhlələri üçün investisiya planları və minimal tələblər
  • Qarabağ iqtisadi regionu üçün biznes planlar tərtibi və minimal tələblər
  • İnvestisiya layihələrinizin tərtibi, qiymətləndirilməsi və investora təqdimi
  • Biznes planın tərtibinin öyrənilməsi üçün fərdi və korporativ təlimlər
  • Biznes planın qiymətləndirilməsi üzrə banklara korporativ təlimlər
  • Biznes plan əsasında maliyyə təhlili və yekun balans tərtibi üzrə təlim

Şirkətlərin təklifinə və sifarişinə əsasən yerlərdə prezentasiyalar və təlimlər keçirilə bilər.

Bank filialları üçün yerlərdə və iqtisadi regionlarda layihənin qiymətləndirilməsi ,bank məlumatlarının tərtibi və monitorinq formalarının tərtibi üzrə təlimlər keçirilir.

Təlimin fərqi ondadır ki, hər bir təlim dərsi indiyə kimi SME tərəfindən əyani tərtib edilmiş mövcud biznes plan üzərində təşkil ediləcəkdir.Belə bir metodika ilə təlimin keçirilməsi iştirakçı tərəfindən dərsin daha tez qavranmasına səbəb olacaqdır.Təlimlər interaktiv əsasda və sərbəst aparılır, əyani , işdən sonra axşam təlimi və onlayn təşkil edilir.

Nizami Gəncəvi

“ Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət. ”