Biznes plan

Atalar demişkən: "Bir işi görməzdən əvvəl fikirləş, bu işə başlayım ya yox! Yəni, yüz ölçüb, bir biçmək, müasir dildə desək, biznes plan tərtib etmək, ancaq cəld olmaq lazımdır”

Biznes plan nə zaman lazım olur?

Biznes plan hər bir sahibkara bu 9 müxtəlif və kompleks hallarda imdatına çatır:

  • Bankdan kredit alanda, investora təklif və ya sərmayə investor cəlb edəndə,
  • Bazar öyrəniləndən və yeni məhsul istehsal edəndən xeyli əvvəl
  • Şirkət fəaliyyətini genişləndirəndə,sağlamlaşdıranda, restruktasiya edəndə
  • Biznesi satanda,varis müəyyən ediləndə, övladlar arasında biznesi böləndə
  • Biznesinizə şərik götürəndə və azad ediləndə,
  • Biznesi qiymətləndiriləndə
  • StarApp biznesinə başlayanda,
  • Xarici iqtisadi fəaliyyət göstərmək istəyəndə
  • Ticarətə başlayanda və beləliklə, hər bir addım atanda lazımdır.

Bunlardan başqa, hər bir sahibkar harada və hansı dəyərdə biznes və əmlaka malik olmasını bilməlidir.

“Kredit köçürmək üçün əvvəlcə yaxşı fikirləşmək, yüz ölçüb, bir biçmək, biznes plan yazmaq, ancaq cəld olmaq lazımdır”

Biznes plan tərtibinə kömək etmək, məsləhət almaq və Sizə yol göstərmək üçün Sahibkarın Məsləhət Evi Şirkəti mütəxəssislərinə müraciət edin. Hüquqi şəxs olan SME rəsmi olaraq müqavilə bağlayıb öz işinə görə Sizinlə bərabər öhdəçilik, cavabdehlik və məsuliyyət daşıyır.

Müqavilə nədir?

“Şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq.”

Bundan başqa, tərtib etdiyi sənədlərin keyfiyyətinə əmin olan SME biznes planın ön səhifəsində öz adını və rekvizitlərini yazır. Bununla da, biznes plan təqdim edilən banka və digər yerlərə SME Brendini bəyan edir. SME müqavilə əsasında biznes plan və sairə sənədlərin tərtibi üçün sifariş və xidmət haqqının ödənilməsini ilk dəfə bank köçürməsi vasitəsilə həyata keçirir.

Kredit almaqdan qabaq papağını qabağına qoy və fikirləş, yəni, müasir dildə desək biznes plan tərtib et!

«Əgər sizin bir almanız varsa və mənim də bir almam varsa, biz bu almaları dəyişsək, onda sizdə də, məndə də bir alma qalacaq. Amma əgər sizin bir ideyanız varsa və mənim də bir ideyam varsa, biz bu ideyaları dəyişsək, onda bizim hər birimizin iki ideyası olacaq.» Corc Bernard Şou (185-1950)

Hər bir sahibkar “xırda” şeyləri özü həll edir. O, fikrini tam həyata keçirmək üçün isə investorların, səhmdarların vasitələrindən və ya bankın ssudalarından istifadə edə bilər. Amma, investor və ya sponsor da tapmaq olar. Deməli, banklardan kredit götürülmədən kənardan pul cəlb etmək çox çətindir.

Kredit kötürmək üçün isə əvvəlcə yaxşı-yaxşı fikirləşmək və “yüz ölçüb, bir biçmək, ancaq cəld olmaq lazımdır”

Kredit almaqdan qabaq papağını qabağına qoy və fikirləş və ya biznes-plan hazırlayaraq ideyanı dəqiqləşdir və əsaslandır!

Bankın hansı sahəni kreditləşdirmək imkanı və marağı olduğunu ayırd edin və biznes-plan tərtib edin.Biznes planlar isə, təqdim edildiyi kredit fondlarının minimal tələblərinə, o cümlədən və sənaye parklarının arayış və istəklərinə müvafiq tərtib edilməlidir.

Satılması mümkün və ya səmərəli olmayan mal istehsalına heç girişmək belə lazım deyil.

Biznes-plan hazır olandan sonra onu xidmətedici banka təqdim edin. Bilin ki, xırda bir biznes-plan hazırlanmasına bir-iki həftə vaxt lazımdır. Köklü biznes-plan hazırlanması üçün isə ən azı bir ay vaxt gərəkdir.

Biznes-plan deyir ki, bu işə giriş bu işə və ya da yox.

Kredit alınan zaman qiymətləndirmə aktı, daha doğrusu bank mütəxəssislərini rəyi əsas götürülür, lakin,təminat kimi qoyulan girov məbləğinin altmış faizindən çox olan məbləğdə kredit verilmir.

«Tapmaq üçün, harada axtaracağını bilməlisən.» Dmitriy İvanoviç Mendeleyev (1834-1907).

Sahibkara, MMC, şirkət və fermer təsərrüfatlarında biznes-plan nə üçün zəruridir? Biznes-plan bu məqsədə nail olmaq üçün çox güclü vasitə ola bilər. Belə ki, biznes-plan bir çox hallarda müvəffəqiyyətin açarıdır. Belə ki, biznes planın tərtibi maliyyə mənvələrini, biznesin rentabelliyi və layihənin qiymətləndirilməsi üzrə iqtisadi göstəriciləri müəyyən edilir.

Eyni zamanda yadda saxlamaq lazımdır ki, biznes planlaşdırmanın bir sıra məhdudiyyətləri vardır:

  • Biznes-plan həyatda baş verə bilən bütün hadisələrdən qoruyucu vasitə deyildir. Belə ki, biznes-plan daima qərar qəbul olunması zərurətini aradan qaldırmır. O sadəcə olaraq meydana gələn problemlərin aydınlaşdırılması və bunların aradan qaldırılması yolları haqqında təkliflərin verilməsi imkanını yaradır.
  • Biznes-plan bir dəfə hazırlanmış və həyatın bütün sahələri üçün yararlı daimi əsər deyildir. Müəssisənin daxilində və xaricində baş verən hər bir dəyişiklik müvafiq dəyişiklikləri tələb edir. “Dəyişilməyən yalnız dəyişkənliklərin daimiliyidir”.
  • Biznes-plan müəssisənin işçiləri tərəfindən həyata keçirilən mərasim xarakterli fəaliyyət deyildir. O idarəetmənin aktiv iş vəsaiti olmalıdır.

Biznes-planın qarşısında qoyulan təlabat:

  • Biznes-plan şirkətin arzu etdiyi nəticəni deyil, sahibkar qurumun əldə edə biləcəyi nəticəni əks etdirməlidir. Başqa sözlə, biznes-plan real olmalı və əldə olunmuş təcrübə əsasında tez-tez təzələnməlidir.
  • Biznes-planda iqtisadi inkişaf strategiyası, qısa müddətli və uzun müddətli vəzifələr ayrılmalı və dəqiqləşdirməlidir.

Biznes-plan 4 əsas suala cavab verməlidir:

  • Bizim biznesin hal-hazırdakı mövqeyi haradadır?
  • Gələcəkdə nə əldə etmək istəyirik?
  • Bunu necə əldə edəcəyik?
  • Bu ideya bizə neçəyə başa gələcəkdir?
  • Нəhayət biznes-plan məntiqi dərəcədə sadə, həddən artıq səliqəli və dəqiq, olduqca faydalı olmalıdır.

Biznes-planı necə yazmalı?

Biznes-planın yazılışının standart forması yoxdur. Lakin, hər bir fondun minimal tələbləri və standartları var. Deməli, elə bir forma işləyib hazırlamaq lazımdır ki, bu biznes-plan Sizin sahibkarlıq strukturunuza cavab verə bilsin. Təbiidir ki, hər bir fəaliyyət növü (məsələn, xidmət sahəsi ilə pərakəndə satış) və bu fəaliyyətin təşkili köklü surətdə bir-birindən fərqlənir. Ona görə də, biznes-planın hazırlanmasından qabaq, biznes-planın elementlərini тəhlil etmək və bu elementlərdən hansının Sizin biznes üçün daha münasib olduğunu müəyyən etmək lazımdır. Təqdim etdiyimiz, struktur gələcək işləriniz üçün yaxşı model ola bilər. İşə başlamazdan əvvəl, Sizin məhsulunuz və ya xidmətinizin bazarı haqqında mümkün qədər çox məlumat toplayın və yadınızda saxlayın ki, hazırladığınız biznes-plan bu bazarda Sizin ilk məhsulunuzdur.

Biznes-planın hazırlanmasında və tərtibatında aşağıdakı amillərə fikir verin:

  • Sənədin xarici görünüşü.
  • Aydınlıq.
  • Professional terminlərdən həddən artıq çox istifadə etmirsiniz ki?
  • Mövcud qanunvericiliyə uyğunluğu.
  • Şriftlər asan oxunurmu?
  • Abzasların sıxlığı çox deyil ki?
  • Şərhin məntiqi olması.
  • Oxucunun mətn üzrə lazımi məlumatlarının axtarışı asandırmı?
  • Mətnin kompyuterdə yığılması, layihənin bir neçə variantlarının əldə olunmasını, yoxlamanın və düzəlişlərin aparılmasını asanlaşdırar.

Biznes-planın hazırlanması çox vaxt tələb edir, ancaq bu sərf tezliklə öz bəhrəsini verəcəkdir. Belə ki, layihənin təqdimatı prosesi nə qədər keyfiyyətli keçərsə, müvəffəqiyyət üçün bir o qədər də çox imkan yaranacaqdır.

Biznes plan haqqında daha çox

Biznes-plan nədir, O necə tərtib olunur? Biznes-planı özünüz necə hazırlaya bilərsiniz? Bu sualların cavabı aşağıdakı bölmələrdə!

HANSI KREDİT FONDLARINA, TƏŞVİQ VƏ SƏNAYE PARKLARINA TƏQDIM ETMƏK ÜÇÜN SME BIZNES PLAN TƏRTIB EDIR VƏ MƏSLƏHƏT VERIR?

Biznes nədir? Terminologiya lüğətlərində «biznes» - «gəlir əldə etməyə yönəldilmiş iqtisadi fəaliyyət» kimi izah edilir, yəni bizneslə məşğul olmaq...

Daha ətraflı

Biznes planların təqdimat sahələri, məqsədi, istiqamətləri, minimal tələbləri, standartları və şərtləri

Biznes plan hər bir sahibkara bu 9 müxtəlif və kompleks hallarda imdatına çatır...

Daha ətraflı

Biznes-plan nədir, O necə tərtib olunur?

Biznes-plan hazırlamaq üçün vaxt tapıb bu suallara cavab vermək və bizim nümunələrə kifayətdir...

Daha ətraflı