Dostu Dostuna görə tanıyarlar
Avropa Yenidənqurma və İnkişaf Bankının“Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”nın akkreditasiyasını almış beynəlxalq prizli “SME” MMC 1990-cı ildən indiyə kimi biznes planlar və investisiya layihələri tərtib edir, biznes qiymətləndirmə və sahibkar qurumlara məsləhət xidməti göstərir.
Şirkət rəhbəri Azərbaycan Respublikası Prezidentinin sahibkarlarla görüşündə çıxış etmiş ilk və yeganə konsaltinq mütəxəssisidir, “Vahid Pəncərə”şəbəkəsinin təşkilində və sahibkarlıq mühitində tətbiqini tapmış bir sıra təkliflər hazırlamışdır.
SME ölkənin 150-dən artıq konsaltinq şirkətləri arasında ilk “onluqda” yer tutur, SME bütün regionlarının 500-dən çox sahibkarlıq subyekti ilə bu gün işgüzar əməkdaşlıq edir, SME-İNFO elektron İnformasiya bülleteni ilə sahibkarlar ilə koordinasiya və kooperasiya əlaqələri yaradıbdır.
Biznes plan nümunələri satılan elektron mazalar köşkü və sahibkar üçün elektron sayt-portal təsis etmişdir, Onlayn və ya məsafəli elektron əlaqələr əsasında bütün reqionların sahibkarlarına məsləhətlər verir Biznes fəaliyyətdə istifadə ediləcək normativ aktları və sənəd nümunələrini dost sahibkarlara göndərir.
SME 3600-dən çox tətib edilmiş biznes planlar üzrə sifarişlər portfelinə malikdir.Tərtib edilmiş layihələr əsasında sahibkarlar 8 milyard manatdan ( USD 4 705 882) çox investisiya və maliyyə cəlb etmişlər.
İED İlqar Namazov xüsusi təcrübələrinə əsaslanaraq konkret bizneslərdə və müxtəlif istiqamətlərdə məsləhətlər, sənədlər, biznes planlar və nümunələr əks etdirilmiş və Azərbaycan dilində ilk dəfə tərtib edilmiş “Sahibkarlığın əlifbası" (Bakı,1999,s.168.) və "Sahibkarın stolüstü kitabı"nın (Bakı, 2006, s.208) müəllifidir.
“Dostu Dostuna görə tanıyarlar” devizini əsasında fəaliyyət göstərən SME üçün ən böyük nəaliyyət ölkənin qabaqcıl, tanınmış və aktiv şirkətlərinin etibarını qazanmaq olmuşdur.
Bu dövrdə 500 vahiddən çox şirkətin etibarını qazanmış, biznes ətrafında yararlı və qanuni məsləhətlər vermiş, beynəlxalq standarta müvafiq keyfiyyətli biznes plan və investisiya layihələri tərtib etmiş İ.Namazov Beynəlxalq və yerli arenada əhatəli iş qurulduğuna və tanınmış sahibkar şirkətləri ilə kooperasiya əlaqəli biznes işlər təşkil edildiyinə görə SME “Konsaltinq Sənətinin İnkişafında əhəmiyyətli töhvələr” konfransında “Sərhədsiz konsaltinq” nominasiyasının (ABŞ) qalibi olmuş və beynəlxalq mükafata layiq görülmüşdür.
İ.Namazov ABŞ Dövlət Departamentinin qonağı qismində ABŞ-da olmuş "Biznes və Hüquq" Proqramı çərçivəsində biznes, hüquq və istehsal təşkilatlarında təcrübə keçmiş və ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının trenerin-treneri adının layiq görülmüş, beynəlxalq diplom və sertifikatlar ilə təltif edilmişdir.